Danimarkanın Orhus Universitetində konstruktiv jurnalistika üzrə təlimdən keçmiş Birinci Kanalın jurnalistləri öz təcrübələrini həmkarları ilə bölüşüblər
Danimarkanın Orhus Universitetində konstruktiv jurnalistika üzrə təlimdən keçmiş Gürcüstanın Birinci Kanalının jurnalistləri “Moambe”-nin “Newsroom”-da təqdimatla çıxış ediblər. Təqdimatı “Moambe”-nin jurnalisti Keti Choxeli hazırlayıb. Həmçinin, Orhus Universitetində mərhələli şəkildə təlimdən keçmiş “Moambe”-nin jurnalistləri də həmkarları ilə təcrübələrini bölüşüblər.
Konstruktiv jurnalistika medianın vasitəçi funksiyasını icra etməsi üçün necə fəaliyyət göstərməsi barədə məsələləri əhatə edir.
Təqdimat interaktiv formatda keçirilib və konstruktiv jurnalistika istiqamətində biliklərin artırılması ilə bağlı gələcək planlar qarşıya qoyulub.
Təqdimatda İctimai Yayımçının rəhbərliyinin nümayəndələri iştirak ediblər. Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili bildirib ki, Gürcüstan İctimai Yayımçısı öz fəaliyyət planı ilə konstruktiv jurnalistika dəyərlərinə yaxındır.
“Bu, tamamilə fərqli yanaşmadır və mən hesab edirəm ki, biz düzgün yoldayıq” – deyə Tinatin Berdzenişvili bildirib.
Artıq bir neçə aydır ki, Gürcüstanın Birinci Kanalı yeni xəbərlərin işıqlandırılmasının yeni və Avropanın aparıcı ölkələrində artıq yayılmış standartını – konstruktiv jurnalistikanı tətbiq edir. Avropa Yayımçılar Birliyi (EBU) İctimai Yayımçıya Avropa modelinin tətbiqi prosesində yardım edir.