Danimarka Gürcüstan vətəndaşları üçün sərhədlərini açır

Danimarka Koordinasiya Şurasının qərarı ilə, Danimarka Gürcüstan vətəndaşları üçün sərhədlərini açır.

Danimarka Xarici İşlər Nazirliyinin veb-səhifəsində yayılan məlumata görə, Danimarkanın Səhiyyə, Xarici İşlər və Ədliyyə nazirlikləri Avropa İttifaqı şurası tərəfindən tövsiyyə edilən “Yaşıl ölkələr” siyahısını gözdən keçirdilər və sərhədlərini yenə bir neçə ölkə üçün (Gürcüstan, Tunis və Uruqvay) açmaq qərarını verdilər.

Bununla yanaşı, Gürcüstanın Danimarkadaki Səfirliyinin məlumatına görə, Gürcüstan vətəndaşları üçün Danimarka sərhədi iyulun 18-dən açılır.