Daxili İşlər Nazirliyi Parlament Seçkiləri ilə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyi Parlament Seçkiləri ilə bağlı bəyanat yayır

Gürcüstanın Daxili İşlər Nazirliyi Parlament Seçkiləri ilə bağlı bəyanat yayır.

“2020-ci ilin parlament seçkilərinin azad və sakit mühitdə keçirilməsinin təmin edilməsi üçün:

İctitmai təhlükəsizlik və asayişin qorumaq məqsədi ilə, Daxili İşlər Nazirliyi əmr əsasında, bütün regionlarda mobil polis qrupları yaratdı, hansılar gərəkdiyi halda, onlara qanunla verilən səlahiyyət çərçivəsində, hüquq pozuntularına müvafiq reaksiya göstərəcəklər və ictimai asayişin qorunmasını təmin edəcəklər.

Seçkilərin sakit mühitdə keçirilməsinin təmin edilməsi üçün, bütün ölkə miqyasında polis qüvvələri səfərbər olunacaq.

Beynəlxalq müşahidəçi missiyaları üçün polisin səlahiyyət çərçivəsinə daxil olan məsələlərlə bağlı məlumatın verilməsi üçün Daxili İşlər Nazirliyinin beynəlxalq əlaqələr departamenti işləyəcək.

Xalq Müdafiyəçisinə polisin səlahiyyəti çərçivəsinə daxil olan məsələlərlə bağlı məlumatın verilməsi üçün Daxili İşlər Nazirliyinin İnsan hüquqlarının qorunması və istintaq keyfiyyətinin monitorinq departamenti işləyir.

Yerli müşahidəçi missiyaları və qeyri-hökümət təşkilatlarının nümayəndələrinə polisin səlahiyyəti çərçivəsinə daxil olan məsələlərlə bağlı məlumatın verilməsi üçün Daxili İşlər Nazirliyinin Hüquq və insan hüquqlarınınqorunması və istintaq keyfiyyətinin monitrinq departamenti nəzərdə tutulub.

Əlaqə saxlamaq üçün müvafiq şəxslər haqqında məlumat beynəlxalq təşkilatlara, xalq müdafiyəçisi aparatına, beynəlxalq müşahidəçi missiyalarına, yerli müşahidəçi missiyalara və qeyri-hökümət təşkilatlarına artıq çatdırılıb.

Seçki günü, Daxili İşlər Nazirliyi periodik şəkildə seçkilərin gedişatında baş verən hüquq pozuntuları və onlara göstərilən reaksiya ilə bağlı və həmçinin, polis kompetensiyasına daxil olan digər məsələlərlə bağlı məlumatı ictimaiyyətə çatdıracaq” – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.