Daxili İşlər Nazirinin müavini - "Dinamo Arena"-nın yanında baş verən yanğın nəticəsində iki nəfər həlak oldu
Daxili İşlər Nazirinin müavini - "Dinamo Arena"-nın yanında baş verən yanğın nəticəsində iki nəfər həlak oldu

“Hal-hazırda əlimizdə olan məlumata görə, “Dinamo Arena”-nın yanında baş verən yanğın nəticəsində iki nəfər həlak oldu” – bu barədə bəyanatı Birinci Kanala Daxili İşlər Nazirinin müavini Merab Malania verdi.

Malanianın dediyinə görə, yeni iki nəfər, bir qadın və bir kişi ağır vəziyyətdə xəstəxanaya aparılıblar.

Daxili İşlər nazirinin müavinin dediyinə görə, ölənlər bir ailənin üzvləridirlər.

“Dinamo Arenanın” yanındaki korpusun sakinlərinin evakuasiyası həyata keçirilib.

Yanğın Giorgi Tsabadze küçəsində baş verdi. Hadisə yerində beş yanğın söndürən briqada işləyirdi. Hal-hazırda yanğın söndürülüb.

Yanğının çıxma səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı istintaq aparılır.