Daxili işlər naziri Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb

 

Daxili işlər naziri Vaxtanq Qomelauri Xüsusi İstintaq Xidmətinin rəhbəri Koka Katsitadze ilə tanışlıq xarakterli görüş keçirib. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumdan verilən məlumata görə, görüşdə daxili işlər nazirinin birinci müavini Şalva Bedoidze və müavinləri: Aleksandre Daraxvelidze, İoseb Chelidze və Qiorqi Butxuzi, həmçinin Xüsusi İstintaq Xidmətinin rəhbərinin müavinləri Qiorqi Kvaratsxeliya və Natia Sonğulaşvili iştirak ediblər.  Vaxtanq Qomelauri Xüsusi İstintaq Xidmətinin yeni rəhbərlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və qurumlar arasında koordinasiyanın əhəmiyyətini vurğulayıb. Daxili işlər naziri Xüsusi İstintaq Xidməti ilə Daxili İşlər Nazirliyi arasında mövcud əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, görüşün sonunda tərəflər iki qurum arasında koordinasiyalı əməkdaşlığa hazırlıq ifadə ediblər.