CNN-səlahiyyətlilərini  turizm sektorunun dirçəlişi arzusunun hərəkət  etdirdiyi  Gürcüstan ,xarici qonaqlar üçün iyul ayının birindən etibarən açılacaq
CNN-səlahiyyətlilərini  turizm sektorunun dirçəlişi arzusunun hərəkət  etdirdiyi  Gürcüstan ,xarici qonaqlar üçün iyul ayının birindən etibarən açılacaq

 

Gürcüstan iyulun 1-dən beynəlxalq turistləri qəbul etməyə başlayacaq – bu barədə CNN yazır. Nəşrdə yazıldığına  görə, koronavirus pandemiyasından əvvəl Gürcüstanda turizm sektorunda yüksəliş    müşahidə olunurdu.

“2019-cu ildə beş milyon ziyarətçi, bu göstərici 2018-ci ilə nisbətən 7% çoxdur. Lakin  , 2020-ci ilin martında böhran səbəbindən ölkə qış kurortlarını bağlamağa və bütün xarici ziyarətçilərin  ölkəyə girişinə qadağa qoymağa məcbur oldu. Turizm sektorunun dirçəlişi arzusunun hərəkət etdirdiyi  hökumətdən, bildirilib ki,ölkə xarici qonaqlar üçün iyul ayının birindən etibarən açılacaq. Ölkənin rəsmi şəxsləri, Gürcüstanı “təhlükəsiz   turizm istiqaməti” olaraq tanıtmağa yönəldilmiş marketinq kampaniyası da daxil olmaqla üç mərhələni əhatə edən   anti-böhran planını təqdim etdilər.

İkinci mərhələdə daxili turizmə xüsusi “təhlükəsiz” turistik zonalarda icazə veriləcək və son mərhələdə sərhədlər açılacaq və bəzi istiqamətlərə uçuşlar bərpa ediləcək.

“Koronavirusa reaksiya verilməsinin üçüncü mərhələsinə keçid alırıq.Bu isə, iqtisadi böhran  sonrası idarəçiliyi  və müxtəlif sektorların bərpası üçün   planın hazırlanmasını  nəzərdə tutur” –deyə  Gürcüstan Baş naziri Q. Qaxaria koronavirusla mübarizə    şurasının son iclaslarından birində bildirib.

Turizm sektoru böhran əleyhinə ölçülərin  şamil olunduğu ilk sektor  olacaq “deyə CNN yazır.

Hazırladı-Sevinc Mustafayeva