Ceyms O'Brayen - ABŞ və Avropa Ermənistanı Qərb cəmiyyətinə yaxınlaşdırmaq üçün birgə plan hazırlayır
Ceyms O'Brayen - ABŞ və Avropa Ermənistanı Qərb cəmiyyətinə yaxınlaşdırmaq üçün birgə plan hazırlayır

 
ABŞ və Avropa Ermənistanı Qərb cəmiyyətinə yaxınlaşdırmaq üçün birgə plan hazırlayır-bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen ABŞ-ın Nümayəndələr Palatasında Dağlıq Qarabağa dair dinləmələrdə açıqlayıb.

ABŞ dövlət katibinin köməkçisi həmçinin ABŞ və Avropanın Ermənistanın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər üzərində işlədiyini bildirib və Fransanın bu sahədə “əhəmiyyətli” yardımını vurğulayıb.

“Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien Ermənistanı cəmiyyətlərimizə yaxınlaşdırmaq üçün ABŞ və Ermənistanla görüş keçirəcəyini açıq şəkildə bəyan edib. Biz bunu bir neçə gün əvvəl baş nazir Paşinyanla müzakirə etdik və indi model hazırlamağa çalışırıq. Aİ-nin ticarət prioritetləri, iqtisadi əməkdaşlıq və vahid bazara çıxış baxımından edə biləcəyi təklif inanılmaz dərəcədə vacibdir. Biz bu məsələdə kömək edə bilərik”- Ceyms O’Brayen açıqlayıb.