Cənubi Koreyanın Ulsan şəhərində göydələndə baş verən yanğın nəticəsində, yüzlərlə insan zərər gördü

Cənubi Koreyanın Ulsan şəhərində göydələndə baş verən yanğın nəticəsində, yüzlərlə insan zərər gördü.

BBC-nin məlumatına görə, 33-cü mərtəbədə çıxan yanğını 13 saat ərzində söndürməyə çalışırdılar.

Hazırda yanğın lokalizə edilib. Yanğın söndürmə xidmətinin məlumatına görə, 80-ə qədər insan hospitallaşdırılıb.

Mövcud olan məlumata görə, yanğın gecə saatlarında 8-ci və 12 mərtəbə arasında baş verdi və tez zamanda bütün binaya yayıldı.

Göydələndən yüzlərcə insanın evakuasiyası həyata keçirildi.