Cənubi Afrikada neft tankerinin partlaması nəticəsində ən azı 8 nəfər həlak olub
Cənubi Afrikada neft tankerinin partlaması nəticəsində ən azı 8 nəfər həlak olub

 

Cənubi Afrikanın paytaxtı Yohannesburq yaxınlığında neft tankerinin partlaması nəticəsində azı 8 nəfər həlak olub, onlarla insan yaralanıb. Məlumatı “BBC” yayır.

Yayılmış məlumatlara görə, yanacaq daşıyan yük maşını metropoliten körpüsünün altına sıxışıb, yeraltı təkanlar isə yanacağın alışmasına səbəb olub.

Partlayış nəticəsində 100 metr aralıda yerləşən xəstəxana binasının dam örtüyü uçub, bu səbəbdən pasiyentlər xəstəxanadan təxliyə olunmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər səfərbər olunub.