Çexiya Gürcüstanı turistlər üçün təhlükəsiz ölkələr kateqoriyasına daxil edəcək
Çexiya Gürcüstanı turistlər üçün təhlükəsiz ölkələr kateqoriyasına daxil edəcək-bu barədə Çexiya Xİ naziri gürcü həmkarı ilə telefon danışığı zamanı bildirib.
“Koronavirusun yayılması ilə yaxşı mübarizə aparan ölkələr, o cümlədən Gürcüstan və bir sıra digər ölkələr, iyun ayının sonu və iyulun əvvəlində səyahət üçün sərhədləri açacağımız ölkələrin siyahısına birlikdə daxil edilə bilər” –deyə Çexiya Xarici İşlər naziri bildirib.
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkalianinin sözlərinə görə, Xarici İşlər Nazirliyi və Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri təhlükəsiz turizm konsepsiyası çərçivəsində müxtəlif ölkələrlə əməkdaşlıq prosesində fəal iştirak edirlər.
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkalianinin sözlərinə görə, Xarici İşlər Nazirliyi və Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri təhlükəsiz turizm konsepsiyası çərçivəsində müxtəlif ölkələrlə əməkdaşlıq prosesində fəal şəkildə qoşulublar.
Davit Zalkaliani, Çexiya və İsrail Xarici İşlər nazirləri ilə telefonda danışıb. Nazirin yunan həmkarı ilə telefon danışığının aparması da planlaşdırılıb, bu müddətdə əsas müzakirə mövzusu Səhiyyə Nazirliyinin rekomendasiyası ilə təhlükəsiz dəhlizlərdən istifadə edərəkdən turistlərə ev sahibliyi etmək olacaq.
Hazırladı-Sevinc Mustafayeva