Cari il inşaat sahəsindəki investisiyalar 7,5 dəfə artıb
Cari il inşaat sahəsindəki investisiyalar 7,5 dəfə artıb

Gürcüstanın statistika departamentinin göstəricilərinə görə, cari ilin birinci hissəsində bir neçə sahədə investisiyalar azaldı.

Xüsusi ilə də nəqliyyat və rabitə sahələrində, 2017-ci ilin 6 ayında 271.7 milyon dollarlıq investisiya həyata keçirildi, keçən il isə, bu göstərici 389 milyon dollar idi. Dolayısı ilə, investisiyaların azalması 30% təşkil etdi.

Energetika sahəsində investisiyalar 25.9 milyon dollar təşkil etdi, keçən il isə, 75.1 milyon idi. Demək ki, bu göstərici 65.5 faizlə azalıb.

İnvestisiyaların azalması maliyyə sektorunda da müşahidə olunur.

Səhiyyə və sosiyal sahələrində investisiyalar keçən il in 6 ayında 30.9 milyon dollar idi. Bu il isə, bu göstərici xeyli azalıb.

İnvestisiyaların artmasına gəlincə isə, ən böyük artış inşat sahəsində müşahidə olunur. Bu sahədə keçən il 16.7 milyon dollar olan göstərici, bu il 125.1 milyon oldu.

Faiz olaraq, investisiyalar kənd təsərrüfatı sahəsində də artıb, ancaq sektorlara görə, bu sahə ən son pozisiydadır.