Buxarestdə Kotroçen sarayında Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi keçirilib
Buxarestdə Kotroçen sarayında Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi keçirilib

 

Buxarestdə Kotroçen sarayında Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi keçirilib.

Mərasimdə Gürcüstan və Rumıniyanın himnləri səsləndirilib, prezidentlər Rumıniyanın dövlət bayrağına ehtiramlarını ifadə ediblər.

Gürcüstanın Prezident Administrasiyası tərəfindən verilən məlumatda Salome Zurabişvili və Klaus İohannisin müşayiət edən nümayəndə heyətinin üzvlərini bir-birinə təqdim etdikləri deyilir.

Gürcüstanın rəsmi nümayəndə heyətinə Gürcüstanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Nikoloz Nikolozişvili, Gürcüstanın xarici işlər nazirinin müavini Teimuraz Canjalia, Rumıniya Parlamenti ilə Dostluq Qrupunun üzvü Teona Akubardia, Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin direktor müavini İvane Abaşidze, Gürcüstanın prezidentinin Xəzər və Qara dəniz regionlarının energetika və tranzit məsələləri üzrə müşaviri Liana Jervalidze daxildir.