Bugünki göstəricilərlə, 820 təhsil mərkəzinə sentyabrın 15-də açılması üçün icazə verildi

Əmək İnspeksiyası Departamentinin rəhbəri Beka Peradzenin bəyanatına görə, təhsil prosesinin yenilənməsinə qədər bütün məktəblərin yoxlanması prosesi aparılır.

Peradzenin dediyinə görə, cərimələr haqqında söhbət üçün hələ tezdir və bu mərhələdə danışıqlar sadəcə məktəblərə icazənin verib-verilməməsindən gedir.

“Bugün səhər son yoxlanışdan sonra, 820 təhsil mərkəzinə icazə verildi ki, sentyabrın 15-dən təhsil prosesinə davam etsinlər.

Problemlərin olduğu üçün, yoxlanışın ilk mərhələsində icazə verilməyən məktəblər Səhiyyə Nazirliyin veb-səhifəsindən yenidən qeydiyyatdan keçəcəklər və yenidən yoxlanılacaqlar” – dedi Beka Peradze.