Bugündən etibarən, paytaxtda zonal-saatlıq parkinq sistemi yenidən qüvvəyə minir

Bugündən etibarən, paytaxtda zonal-saatlıq parkinq sistemi yenidən qüvvəyə minir.

Bu barədə bəyanatı Kaxa Kaladze paytaxt meriyasında keçirilən hökümət iclasında verdi.

Tbilisi merinin dediyinə görə, ictimai nəqliyyat vasitələrinin fəaliyyətinin bərpasına paralel olaraq, zonal parkinq sistemi pandemiyaya qədər işlədiyi yerlədə bərpa olunacaq.

“Bilirsiniz ki, biz məhdudiyyətlərə görə, müvəqqəti olaraq, zonal-parkinq sistemini dayandırmışdıq, ancaq bu çox vacib bir layihədir və müəyyən rayonlarda onu bərpa edəcəyik.  Sabahdan etibarən sistem yenidən işləyəcək ki, şəhərdə bütün qaydalar maksimal şəkildə qorunsun” – dedi Kaxa Kaladze.