Bu gündən etibarən moped və yüngül kvadrosikllərin qeydiyyatı məcburi olur

 

AM kateqoriyalı nəqliyyat vasitələrinin qeydiyyatı bu gündən məcburi olur.

Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyindən izah edildiyi üzrə, Avropa İttifaqı ilə Assosiativ Razılaşmadan irəli gələrək götürülən öhdəliklər çərçivəsində Gürcüstanın “Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliklərə əsasən, mopedlər və yüngül kvadrosikllər qanunvericiliklə təyin edilmiş qayda əsasında qeydiyyata tabe tutulurlar.

Agentlikdən verilən məlumata görə, cari il martın 28-dək moped və yüngül kvadrosikllərin ilkin qeydiyyatı üçün sadələşdirilmiş qeydiyyat qaydası qüvvədə olub. Xidmət Agentliyinin struktur vahidləri ilə yanaşı, martın 28-dək AM kateqoriyalı nəqliyyat vasitələrinə baxış və ya qeydiyyat məqsədilə ilkin qeydiyyat üçün nəzərdə tutulan sənədlər Dövri Texniki Baxış (PTI) mərkəzləri vasitəsilə də təqdim oluna bilərdi.