Bu gündən açıq yerlərdə maskadan istifadə məcburi olmayacaq
Bu gündən açıq yerlərdə maskadan istifadə məcburi olmayacaq

 

Bu gündən Gürcüstanda açıq yerlərdə maskadan istifadə məcburi olmayacaq. Müvafiq qərarı Qurumlararası Koordinasiya Şurası qəbul edib.

Bununla yanaşı, Koordinasiya Şurasında da izah edildiyi kimi, qapalı yerlərdə maskadan istifadə yenə də məcburi olacaq.

” Martın 28-dən açıq yerlərdə maskadan istifadə öhdəliyi ləğv edilir və yalnız tövsiyə xarakterli qalacaq. İctimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə öhdəliyi bu mərhələdə də qüvvədə qalacaq” – deyə Qurumlararası Koordinasiya Şurası yanında Operativ Qərargahın rəhbəri, Qiorqi Ğibradze bildirib.