Bu gün Telavidə Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişvilinin andiçmə mərasimi keçiriləcək
Bu gün Telavidə Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişvilinin andiçmə mərasimi keçiriləcək

Telavidə, İkinci Erekle Sarayında Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişvilinin andiçmə mərasimi keçiriləcək. Andiçmə mərasimi rəsmi olaraq saat 15:00-da başlayacaq, qonaqları isə, saat 13:00-dan gözləyirlər. Mərasim 40 dəqiqə davam edəcək.

Gürcüstanın beşinci prezidentinin andiçmə mərasimində dünyanın 55-ə qədər ölkəsinin 150-ə qədər nümayəndəsi, o cümlədən Ermənistanın prezidenti Armen Sarkisyan, Fransanın keçmiş prezidenti (2007-2012) Nikola Sarkozi, Türkiyə Respublikasının vitse-prezidenti, Azərbaycan Parlamentinin spikeri və başqa fəxri qonaqlar iştirak edəcəklər.

Saat 15:00-da Konstitusiya Məhkəməsinin sədri incil üzərinə konstitusiyanı qoyacaq, prezident incil və konstitusiyaya and içəcək.

Andiçmədən sonra Gürcüstanın yeni konstitusiyası qüvvəyə minəcək.

Andiçmə mərasimi prosesində vacib atributlar Gürcüstanın himni və bayrağıdır. Gürcüstan polifoniya ansamblı Gürcüstan himninin yerinə yetirəcək.

Salome Zurabişvili Gürcüstanın sıra ilə beşinci və ilk qadın prezidentidir.

Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişvili andiçmə mərasimindən sonra işinə Tbilisidə, Atoneli küçəsində, Orbelianilər Sarayında başlayacaq.