Bu gün Laqodexi, Adigeni və Martvili munisipalitetləri sakrebulolarının aralıq seçkiləri keçirilir
Bu gün Laqodexi, Adigeni və Martvili munisipalitetləri sakrebulolarının aralıq seçkiləri keçirilir

Bu gün Laqodexi, Adigeni və Martvili munisipalitetləri sakrebulolarının 2017-ci il 21 oktyabr seçkilərinin aralıq seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilər yeddi seçki məntəqədə keçiriləcək. Burada ümumilikdə 6 798 seçici qeydiyyatdan keçib. Seçkilərdə üç seçki subyekti tərəfindən təqdim olunan beş namizəd iştirak edir.

Seçkiləri 10 yerli müşahidəçi təşkilatının 76 və bir beynəlxalq təşkilatının beş müşahidəçisi müşahidə edir. Seçkilərdə iştirak edən subyektlər tərəfindən qeydiyyatdan müşahidə hüququ olan 37 nümayəndə keçib.

Seçki qanunvericiliyinə əsasən, səsvermə günü, binada təbliğat qadağan olunur.