Brüssel hava limanı müvəqqəti olaraq, bağlandı
Brüssel hava limanı müvəqqəti olaraq, bağlandı

Brüssel hava limanı müvəqqəti olaraq, bağlandı.

Hava limanı administrasiyasının spikerinin verdiyi məlumata görə, hava limanı tam çalışma rejimini yerli vaxtla saat 19:00-da bərpa edəcək.

Hava limanının bağlanması nəticəsində tam 90 reys təxirə salındı. Səbəb isə, böyük qar yağışıdır.

Belçika paytaxtında səhərdən durmadan qar yağır.

Reyslərin təxirə salınması barədə yolçulara telefon mesajları göndərildi.

Hava limanında xalqın çox olduğuna görə, təhlükəsizlik tədbirləri gücləndirildi.

Avia şikətlərin, reyslərinin nə zaman bərpa olunacağı barədə məlumatları yoxdur.