Giorgi Qaxariya Avropa Komissarı Didier Reynders ilə görüşdü
Giorgi Qaxariya Avropa Komissarı Didier Reynders ilə görüşdü

Gürcüstanın baş naziri, Giorgi Qaxariya, Brüsselə rəsmi səfər çərçivəsində, Avropa Komissarı Didier Reynders ilə görüşdü

Hökumət administrasiyasının məlumatına görə, tərəflər Gürcüstanda ədalət və insan hüquqları sahəsində nail olunan tərəqqi barəsində söhbət etdilər. Baş nazir qeyd olunan sistemdə islahatların davam etdirilməsi əhəmiyyətinə xüsusi diqqət yetirdi.

Gürcüstanın insan hüquqları müdafiəsi istiqamətilə nail etdiyi tərəqqi, o cümlədən penitensial sistemində həyata keçirilmmiş islahatlar baxımından tərəqqi qeyd olundu.

Görüş zamanı Gürcüstan-Avropa İttifaqının əməkdaşlıq gündəminin önəmli məsələlərinə və ölkənin Avropa inteqrasiyası prosesinə diqqəy yetirildi. Baş nazir qeyd etdi ki, Gürcüstan Avropa İttifaqına inteqrasiya yolunda üç əsas prioriteti qarşısında qoydu – demokratik inkişaf və institusional güclənmə, Qara Dəniz geniş bölgəsində Gürcüstanın rolunun möhkəmləndirilməsi və strateji əlaqələrin yaxşılaşdırılması.