Britaniyalı "Teleqraf" Gürcüstanı Avropanın ən təhlükəsiz turist istiqamətləri arasında adlandırdı

“Post-pandemiya müddətində harda səyahət edək”,  – populyar Britaniya nəşriyyatı Teleqraf (Telegraph) Avropanın ən təhlükəsiz 10 turist ölkələrini adlandırdı.

Məqalə isə, Gürcüstan şəhərlərinin, Tbilisi və Batuminin təsviri ilə başlayır.

Gürcüstanla bərabər, Teleqrafın ən təhlükəsiz istiqamətləri arasında Xorvatiya, Monteneqro, Malta, Sloveniya, Finlyandiya, Litva, Rumıniya, Polşa və Avstriya var.

“Avropanın ən yaxşı istiqamətləri” adlı (Best Europe Destinations) yeni hesabata əsasən, ən pandemiya şərtlərində ən təhlükəsiz ölkələr Gürcüstan, Xorvatiya və Madeyradır.

Bu göstəricilər müxtəlif ölkələrdə kovid-19 halları və spesifik higiena qaydalarına əsasən müəyyən edildi” – deyilir Teleqrafın məqaləsində.

“Gürcüstan pandemiyaya qarşı təcili reaksiya göstərdi. Ölkədə daxili turizm iyunun 15-də bərpa olundu. Gürcüstan iyunun 15-dən beynəlxalq turistləri qəbul etməyə hazırdır. Britaniyalılara səyahət üçün icazə verildikdən sonra, Tbilisi sentybarda, ya da oktyabrda ziyarət edilmək üçün ideal bir yerdir” – “Telegraph Travel”-in müzakirəçisi Key Holland qədim Tbilisinin küçələrini və bohem yerlərini təsvir edir.

Gürcüstanın ikinci böyük şəhəri Batumidir, hansı ki, Qara Dənizdə plajları yüksək binaları, subtropik mikro-iqlimi ilə fərqlənir”, – yazır Teleqrafın jurnalisti Emma Fizerston.

Məqalənin gürcü dilinə tərcüməsini Gürcüstanın Milli Turizm Agentliyi qədim edir.