Böyük miqdarda heroinin əldə edilməsi-saxlanılması ittihamı ilə Marneulidə bir nəfəri yaxaladılar

Özəlliklə böyük miqdarda narkotik vasitəsinin əldə edilməsi-saxlanılması ittihamı ilə Marneulidə, 1979-cu il təvəllüdlü A.A.-nı yaxaladılar, –  bu barədə məlumatı DİN yayır.

İdarənin məlumatına görə, operativ-istintaq tədbirlərini Kvemo Kartli Polis Departamentinin Detektiflər İdarəsinin və Marneuli Rayon İdarəsinin əməkdaşları həyata keçirdilər.

“Hüquqmühafizəçilər, yaxalanın üst-başını yoxladığı zaman, 32,03 qram narkotik vasitəsini dəlil şəklində çıxardı. Kimyəvi ekspertizaya uyğun laraq buradan 19,45 qramını heroin təşkil edir.

İttiham olunan törətdiyi cinayəti etiraf edir.

İstintaq Gürcüstan CM-nin 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndi ilə aparılır”, – DİN-in məlumatında qeyd olunub.