Böyük Britaniya və Fransa Gürcüstan iqtidarının sülh təşəbbüsünü dəstəkləyirlər
Böyük Britaniya və Fransa Gürcüstan iqtidarının sülh təşəbbüsünü dəstəkləyirlər

BMT Baş Assambleyasının yüksək səviyyəli görüşü çərçivəsində, Gürcüstan tərəfindən təşkil edilmiş paralel tədbirin – “Stabil sülh üçün insan hüquqlarının qorunması“-nın iştirakçılarına Birləşmiş Krallığın və Fransanın nümayəndələri müraciət etdilər.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstanın işğal edilmiş ərazilərində insan hüquqlarının vəziyyətinə diqqət yetirildi və Gürcüstan iqtidarının sülh təşəbbüsünə tam dəstək verildi.

“Britaniya Gürcüstanın sülh təşəbbüsünü dəstəkləyir. Bu praqmatik, innovasiya planıdır və uzaqlaşan cəmiyyətlər arasında körpünün tikilməsiı üçün imkan verir”, – dedi Birləşmiş Kralığın nümayəndəsi Conatan Allen.

Fransız diplomatlarının dediklərinə görə isə, “körpülərin tikilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması tam lazım olan şeydir”.

Nazirliyin məlumatına görə, Britaniya və Fransanın nümayəndələri həmçinin, Gürcüstanın işğal edilmiş regionlarında monitorinqin beynəlxalq mexanizmlərinin həyata keçirilməsini və BMT-nin hüquq komissarı ofisinin buraxılmasının zərurətini görürlər.

Tədbirdə Gürcüstanı dstəkləyən partnyor ölkələr də bəyanatlar verdilər.

ABŞ-a səfər çərçivəsində, Mixeil Canelidze BMT-nin yüksək səviyyəli görüşü – High level meeting on peacebuilding and sustaining peace-də iştirak edənlərə müraciət etdi.