Böyük Britaniyada koronavirusdan vəfat edənlərin sayı 125 mini aşdı
Britaniyada ötən bir gün ərzində koronavirusun 6 753 yeni halı aşkar edildi. Bu barədə məlumatı “Reuters” Böyük Britaniya hökumətinə istinad edərək yayır.
“Reuters” agentliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirusdan 181 pasiyent vəfat etdi.