Böyük Britaniya iqtidarı - İşğal altında olan Abxaziya və Cənubi Osetiya regionlarının Əsəd rejimi tərəfindən "tanınması" qeyriməqbuldur
Böyük Britaniya iqtidarı - İşğal altında olan Abxaziya və Cənubi Osetiya regionlarının Əsəd rejimi tərəfindən "tanınması" qeyriməqbuldur

Böyük Britaniyanın Xarici İşlər Naziri işğal altında olan Abxaziya və Cənubi Osetiya regionlarının Suriyə tərəfindən “tanınması” ilə bağlı bəyanat yayır.

Bu barədə bəyanat Böyük Britaniya iqtidarının rəsmi veb-səhifəsində Dövlət Naziri Alan Dankanın adı ilə yayılıb.

“İşğal altında olan Abxaziya və Cənubi Osetiya regionlarının Əsəd rejimi tərəfindən “tanınması” tamamən qeyriməqbuldur. Bu hərəkət Gürcüstanın suverenliyinin kobud şəkildə pozulmasıdır. Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozmağa davam edir. Rusiya aqressiv şəkildə beynəlxalq qaydaları tapdalamağa çalışır.

Britaniya iqtidarı, beynəlxalq sərhədlər çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi birdaha təsdiqləyir” – deyilir Böyük Britaniya iqtidarının bəyantında.