Böyük Britaniyanın baş naziri Boris Conson Gürcüstanın baş naziri Giorgi Qaxariaya təşəkkür məktubu göndərdi.
Bu haqda məlumatı baş nazirin mətbuat xidməti yayır.
Mətbuat xidmətinin məlumatına görə, Boris Conson Giorgi Qaxariaya COVID-19 pandemiyası ilə bağlı iyunun 4-də keçirilən qlobal vaksina sammitində iştirak etmək üçün təşəkkür edir və qeyd edir ki, sammit beynəlxalq əməkdaşlıq baxımından gözəl bir nümünə idi, hanısının çərçivəsində, ictimaiyyət dünya miqyasında virtual şəkildə birləşdi.
“Hörmətli baş nazir, iyunun 4-də qlobal vaksina sammitində iştirak etdiyiniz üçün sizə səmimi qəlbdən təşəkkür edirəm.
Bu dönəm qlobal səhiyyə üçün çox önəmlidir. COVİD-19-a qarşı mübarizədə beynəlxalq həmrəyiliyin əhəmiyyətinə hamımız şahid olduq və bu pandemiya qarşısında yalnız qaldığımızda nə qədər müdafiyəsiz olduğumuzu dərk etdik. Kollektiv məqsədlərimizə ancaq birliklə nail ola bilərik.
COVİD-19 pandemiyasına qarşı mübarizəyə etdiyiniz qatqılar üçün yenə bir daha təşəkkürümü bildirirəm” – deyilir Boris Consonun məktubunda.