Bolnisi munisipalitetindən yeni pasiyentin koronavirusa yoluxması mənbəyi hələlik təsdiq olunmayıb
Bolnisi munisipalitetindən yeni pasiyentin koronavirusa yoluxması mənbəyi hələlik təsdiq olunmayıb

Bolnisi munisipalitetindən yeni koronavirusu təsdiq olunan kişinin kontaktları müəyyən olunubdur, lakin koronavirusa yoluxması mənbəyi hələlik təsdiq olunmayıb, – bu barədə Kvemo Kartli qubernatoru, Şota Rexviaşvili bəyan etdi.

Onun dediyinə görə, bölgədə cəmi koronavirisun 25 halı təsdiq olunub.

Rexviaşvilinin məlumatına görə, qeyd olunan pasiyent koronavirusun təsdiq olunmasına qədər klinikalara bir neçə dəfə müraciət edib, lakin qubernatorun dediyinə görə, bu klinikalarda personal müdafiə olunmuşdu və virusun yayılması riski olmayıb.

Koronavirusa yoluxan kişini Birinci Universitet Klinikasına yerləşdirdilər.