Bolqarıstan səyahət jurnalı Gürcüstanla bağlı məqalə dərc edir - 2020-ci ildə səyahət istəyinizi  təmin etmək  üçün mövcud pandemiyadan sağ çıxan  heyrətamiz ölkəni ziyarət edin
 Bolqarıstan səyahət jurnalı Gürcüstanla bağlı məqalə dərc edir - 2020-ci ildə səyahət istəyinizi  təmin etmək  üçün mövcud pandemiyadan sağ çıxan  heyrətamiz ölkəni ziyarət edin

 

 Bolqarıstanın ən böyük ingilis dilli səyahət jurnalı “Vagabond” Gürcüstanla bağlı,  təhlükəsiz   turizm istiqaməti barədə yazır.  

 „2020-ci ildə səyahət istəyinizi  təmin etmək  üçün mövcud pandemiyadan sağ çıxan  heyrətamiz ölkəni ziyarət edin“-deyə Vagabond-un jurnalisti yazır.

Məqalədə Gürcüstanda  “Covid-19” –un  yayılmasına qarşı görülən profilaktik tədbirlər ətraflı şəkildə təsvir edilib.

 “2020-ci ildə Gürcüstan qeyri-adi turistik istiqamət olması ilə yanaşı ,   təhlükəsiz olduğunu da sübut etdi. Ən tanınmış  turistik istiqamətlər  Covid 19-un yayılmasını dayandırmağa çalışarkən , Gürcüstan sürətlə hərəkət etdi və artıq  yanvar ayında virusun yayılmasını dayandırmaq  üçün xüsusi tədbirlər gördü. Nəticədə, ölkədə Covid 19-a  hiss olunacaq qədər az yoluxma halı qeydə alındı “-deyə məqalədə yazılıb.

Nəşrin jurnalistinin sözlərinə görə, Gürcüstan turizm sənayesinə xüsusi diqqət ayırdı.

“Lazımi təhlükəsizlik təlimatları tətbiq olundu. Pandemiya zamanı  84 mehmanxanada  22 mindən çox insan  iki həftəlik karantindən keçdi. Nəticədə belə   vəziyyətdə necə effektiv və təhlükəsiz işləməklə bağlı  vacib təcrübə qazanıldı.

 Turizm sənayesi üçün xüsusi iqtisadi stimullaşdırma  paketi hazırlandı. Bütün bunların nəticəsində, Gürcüstan iyulun 1-dən sərhədlərini açmağa hazırdır.

Covid 19-un yayılmasının qarşısını almaq üçün sərt protokollar hazırlandı  ki, bunlara: restoranlarda, nəqliyyatda və mehmanxanalarda  skrininq, dezinfeksiya və xüsusi tədbirlər daxildir” -deyə jurnalist yazır.

 Həmçinin, Gürcüstanda turistlərin təhlükəsiz, təcrid olunmuş   şəraitdə vaxt keçirə biləcəyi xüsusi yaşıl zonaların yaradıldığı da qeyd olunub.

Vagabond-un Gürcüstanla bağlı məqaləsi Gürcüstanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə  hazırlanıb.

Məlumatı Gürcüstan Milli Turizm İdarəsi yayır.

 

Hazırladı-Sevinc Mustafayeva