BMT-nin Təhlükəsizlik Şurasının qapalı iclasında Gürcüstanda mövcud durum barəsində müzakirə apardılar və avqust müharibəsinin 11 illiyi ilə bağlı birgə bəyanat işləyib hazırladılar
BMT-nin Təhlükəsizlik Şurasının qapalı iclası başa çatdı. Burada Polşanın rəhbərliyi ilə Gürcüstanda mövcud durum məsələsinin müzakirəsi baş tutdu.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, iclasın başa çatmasından sonra media qarşısında birgə bəyanatla ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Fransa, Polşa və Estoniyann nümayəndələri təqdim olundular.
Elə onların məıumatına görə, birgə bəyanatda qeyd olundu ki, 2008-ci il Rusiya Gürcüstan müharibəsindən və 12 avqust atəşkəs barəsində razılaşmadan sonra 11 il keçdi və bu müddət ərzində münaqişənin həlli istiqaməti ilə tərəqqi yoxdur. Gürcüstanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dətək xüsusilə qeyd olundu.
Bəyanatda tərəflər Rusiyanı, 2008-ci il 12 avqust atəşkəs barəsində razılaşma ilə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə çağırdılar.