"Bloomberg" - Almaniyanın hakim koalisiyası gələn il Ukraynaya hərbi yardımı iki dəfə artırmağa və onu səkkiz milyard avroya çatdırmağa razılaşıb
"Bloomberg" - Almaniyanın hakim koalisiyası gələn il Ukraynaya hərbi yardımı iki dəfə artırmağa və onu səkkiz milyard avroya çatdırmağa razılaşıb

Almaniyanın hakim koalisiyası gələn il Ukraynaya hərbi yardımı iki dəfə artıraraq 8 milyard avroya çatdırmağa razılaşıb. Bu barədə “Bloomberg” agentliyi öz mənbəsinə əsaslanaraq məlumat yayıb.

Media vasitəsinin məlumatına əsasən, sözügedən plan parlamentdə təsdiq olunarsa, Almaniyanın müdafiə xərcləri ÜDM-in iki faizini keçəcək ki, bu da NATO-ya üzv ölkələrin vəd etdiyi rəqəmdir.

“Bloomberg”ə məlum olduğuna görə, Olaf Şoltsun Sosial Demokratlar, Azad Demokratlar və Yaşıllar Partiyası 2024-cü il federal büdcə layihəsinin müzakirəsi zamanı hərbi xərclərin artırılması ilə bağlı razılığa gəliblər.