Birləşmiş müxalifət Tbilisidə majoritar namizədlərini iyunun 19-da təqdim edəcək

Birləşmiş müxalifət Tbilisidə majoritar namizədlərini iyunun 19-da təqdim edəcək, – bu barədə bəyanatı “Yeni Gürcüstan” partiyasının lideri Giorgi Vaşadze verdi.

“Fikir ayrılıqları oldu və təəssüf ki, seçicilərimizin fikirlərini biraz qarışdırdıq. Cümə günü hamımız toplanıb, ictimaiyyətə cavabımızı verəcəyik. Çox maraqlı hərəkət formulamız var. Əsas odur ki, Tbilisidə ən çox dəstəyi olan personaları təqdim edək” – dedi Vaşadze.