Birinci sinif şagirdlərinin qeydiyyatının ikinci mərhələsi 20 avqust yerinə, iyulun 13-dən başlayacaq və avqustun 31-də başa çatacaq
Gürcüstanın Təhsil və Elm Naziri Mixeil Çxenkelinin əmri ilə, 2020-2021-ci təhsil ili üçün ictimai məktəblərdə birinci sinif şagirdlərinin qeydiyyat tarixi dəyişdirildi.
Təhsil Nazirliyinin qərarı ilə qeydiyyatın IV mərhələsi iyulun 13-dən başlayacaq və avqustun 31-də başa çatacaq.
IV mərhələdə qalan boş yerlərdə I, II və III mərhələlərdə qeydiyyatdan keçməyi çatdıra bilməyən şagirdlər qeydiyyatdan keçəcəklər.
Koronavirusla bağlı vəziyyətə görə, valideynlər uşağın sənədlərini elektron şəkildə təqdim edə bilərlər.