Birinci sinfə şagirdlərin qeydiyyatdan keçirilməsinin birinci mərhələsi başladı
Birinci sinfə şagirdlərin qeydiyyatdan keçirilməsinin birinci mərhələsi başladı
Birinci sinfə şagirdlərin qeydiyyatdan keçirilməsinin birinci mərhələsi başladı.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar martın 15-dən 26-sı da daxil olmaqla məktəblərdə qeydiyyatdan keçəcəklər. Bu barədə Təhsil Nazirliyi məlumat yayır.
Qurumdan verilən məlumata görə, birinci mərhələdə qeydiyyata alınacaq uşaqların valideynləri istədikləri dövlət məktəbinin administrasiyasına müraciət etməlidirlər ki, administrasiya da öz növbəsində uşağı Təhsilin İdarə Edilməsi İnformasiya Sistemində (TİMİ) qeydiyyatdan keçirsin.
” Xüsusi təhsil ehtiyacının təsdiqinə gəlincə, valideyn məktəbdə müvafiq müraciət formasını doldurmalıdır, bundan sonra multidissiplinar komanda uşağı qiymətləndirəcək və onun təhsil ehtiyaclarını müəyyən edəcək.
Xüsusi təhsil ehtiyacı təsdiq edildikdə, məktəb müvafiq sənədlər əsasında şagirdin qeydiyyatını təmin edəcək. Qeydiyyata alınan uşaqların sənədləri valideynlər tərəfindən martın 29-dan aprelin 29-u da daxil olmaqla ümumi təhsil müəssisəsinə təqdim edilməlidir.
Qeyd etmək lazımdır ki, xüsusi təhsil ehtiyacı olan şagird hesab oluna bilər: a) fiziki qüsurlu uşaq ; b) əqli inkişafın pozulması; q) öyrənmə qüsuru; d) sensor inkişaf pozğunluqları (eşitmə və / və ya görmə); e) nitqin inkişafının pozulması; v) davranış və emosional pozğunluqlar; z) uzunmüddətli xəstəxanaya yerləşdirmə zərurəti t) Tədris prosesində sosial amillərin yaratdığı çətinliklər səbəbilə Milli Kurikulumun tələblərinə cavab verə bilməyən ; i) autizm spektrinin olması.
Xüsusi təhsil ehtiyacının olmadığı təsdiqlənən uşaqların valideynlərinin növbəti mərhələdə övladlarını qeydiyyatdan keçirə bilmə imkanları olacaq ” – deyə qurumdan bildirilib.
Birinci sinif üzrə şagirdlərin qeydiyyatının ikinci mərhələsi mayın 2-də başlayacaq və mayın 13-ü də daxil olmaqla davam edəcək. Bu mərhələdə məktəbdə qeydiyyata alınacaq uşaqlar sırasına : bacı-qardaşı da eyni məktəbdə oxuyan; Valideyn / qəyyum / baxıcısı həmin dövlət məktəbinin işçisi olan; Ailədən iki və daha çox uşağın eyni vaxtda birinci sinfə daxil olan. Üçüncü mərhələ – hərtərəfli qeydiyyat mayın 17-də başlayacaq və iyunun 8-i də daxil olmaqla davam edəcək. Qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin register.emis.ge rəsmi internet saytında aparılacaq. Dördüncü mərhələ iyunun 28-dən iyulun 12-i də daxil olmaqla məktəblərdə həyata keçiriləcək. Birinci, ikinci və üçüncü mərhələdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyən şagirdlər boş qalan və ya bu mərhələdə vakant olan yerlər üzrə qeydiyyatdan keçəcəklər.