Bidzina İvanişvili - Söz verib, yerinə yetirmədiklərimizə cavab vermək üçün seçkilər var

Seçicilər bizi seçki zamanı cəzalandıra bilərlər, ancaq bu gün küçədə duranlar nə haqqla bizdən nəyisə və yaxud proporsiyonal seçki sisteminə keçməyi tələb edirlər? – bu barədə bəyanatı “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili “İmedi” teleşirkətinin „SWOT analiz“ verlişində verdi.

Onun dediyinə görə, “Milli Hərəkata” və onun müttəfiqləri olan QHT-lərə “Gürcü Arzusunun” cavab vermək kimi öhdəliyi yoxdur.

“İctimaiyyətə bəzi şeylərə görə, cavab verə bilərik. Seçicilər bizi seçkilərdə cəzalandıra da bilərlər, ancaq küçədə duran müxalifətin elementar logikası da yoxdur.

Görün 2017-ci ildə necə bir konstitusiya qəbul etdik. Anlayan anlayır” – dedi Bidzina İvanişvili.