Bidzina İvanişvili - Səsimi Avropalı gələcəyimizə, iqtisadi artıma və ən əsas olan, insan ləyaqətinə hörmətin qorunmasına verdim

“Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili seçkilərdə iştirak etdi.

O səs verməyə həyat yoldaşı və oğlu ilə bərabər getdi.

Bidzina İvanişvilinin dediyinə görə, Gürcüstan vətəndaşlarının azad seçimi ölkə inkişafının növbəti dörd ilini və daha uzaq perspektivlərini müəyyənləşdirəcək.

“Bugün Gürcüstan öz seçimini edir. Gürcüstan vətəndaşlarının azad seçimi ölkə inkişafının növbəti dörd ilini və daha uzaq perspektivlərini müəyyənləşdirəcək. Mən səsimi ölkənin inkişafına, sülhə, bizim Avropalı gələcəyimizə, iqtisadi artıma, hər bir ailənin firəvanlığına və ən əsas olan, insan ləyaqətinə hörmət edilməsinə verdim.

Düşünürəm ki, bu insan dəyərləri hər bir vətəndaş üçün müvafiqdir və bunu vətəndaşların əksəriyyəti dərk edir və düşünürəm ki, əhalinin əksəriyyəti bu düşüncə istiqamətində səs verəcək.

Hərkəsə müraciət edirəm ki, ailəsinin gələcəyinə, ölkəsinin gələcəyinə səs versinlər və mütləq seçkiyə gəlsinlər” -dedi Bidzina İvanişvili.