Bidzina İvanişvili - Sabah seçki qutularının yanına gedək, çünki bu necə ölkəmizin gələcəyi qarşınında, eləcədə digər partiyalara səs verənlərin qarşısında bizim borcumuzdur
“Gürcü xalqının bizə dörd il öncə verdiyi mandat bugün başa çatır. Dörd il öncə xalqımız ölkənin gələcəyini və inkişaf perspektivini ikincə dəfə bizə etibar etdi, – bu barədə bəyanatı “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili partiyanın yekunlaşdırıcı tədbirində çıxış edərkən verdi.
Bidzina İvanişvili seçicilərə təşəkkür etdi və qeyd etdi ki, iqtidarın mənbəsi xalqdır və ölkəyə kimin rəhbərlik edəcəyinə sadəcə xalq qərar verir.
“İqtidarda olan siyasi qüvvənin lideri olaraq, ilk növbədə mənə verdiyi etimad üçün xalqa təşəkkür edirəm. Ölkəyə kimin rəhbərlik edəcəyinə xalq qərar verir və demokratiya belə işləyir. Mən fəxr edirəm ki, 2012-ci ilə qədər uzurpator tərəfidən xalqın əlindən alınan bu haqqı xalqa geri qaytardıq. İnanın ki, ölkəmizdə demokratik dəyərlərin əsaslanması şəxsən mənim üçün ən böyük dəyərdir. Sabah tariximizin ən qərar verici günlərindən biridir.
Sabah hər birimiz incancımıza, maraqlarımıza, vicdanımıza və öz dəyərlərimizə müvafiq olan seçimi etməliyik. Mən “Gürcü Arzusunun” adı ilə sizə zamanət verirəm ki, “bu seçiminiz azad olacaq və seçkilərin nəticəsində tam dəqiqliyi ilə əks olunacaq.
Gürcüstan dövləti imkan verməyəcək ki, xalqın seçimi biraz da olsun əyilsin. Bugün emosiyonal seçki kampaniyasının sonunda 2012-ci ilin gürültülü günləri yadıma düşür, o zaman biz biz əl olaraq, birləşib, azadlığın xeyrinə doğru tarixi qərar verdik.
Biz insan hüquqluranı kobudca pozan və insanları əzən rejimə yox dedik və dünyaya göstərdik ki, üç min illik tarixdən sonra, azadlığı sevən, ləyaqət daşıyan xalqımız heç bir zaman zorakılığa və ədalətsizliyə göz yummayacaq.
Ona görə, bugün sizə müraciət edirəm, “Gürcü Arzusunun” dəstəkçilərinə, veteranlarına və yeni qoşulan əsgərlərimizə, – sabah heç birimiz evdə qalmamalıyıq və mütləq seçki qutularının yanına getməliyik.
Bu bizim borcumuzdur, necə ölkəmizin gələcəyi və bir-birimizin qarşısında, eləcədə, nə qədər qəribə görünsə də, başqa partiyalara səs verənlərin qarşısında.
Faktdır ki, hərkəsi inandıra bilmədik ki, demokratiya şərtlərində bu çox normaldır. Faktdır ki, “Gürcü Arzusunun” bu ağır dövrdə əldə etdiyi heç bir müvəffəqiyyət və nailiyyət, bizə qarşı tənqidli olan azlıqları inandıra bilmədi və onlar sabah öz fərqli seçimlərini edəcəklər” – dedi Bidzina İvanişvili.