Bidzina İvanişvili - Rusiya ilə münasibətlərimizin deeskalasiyasını qismən bacardıq və ümid edirəm ki, beynəlxalq partnyorlarımızın vasitəsi ilə dialoq rejiminə də keçə biləcəyik
Bidzina İvanişvili - Rusiya ilə münasibətlərimizin deeskalasiyasını qismən bacardıq və ümid edirəm ki, beynəlxalq partnyorlarımızın vasitəsi ilə dialoq rejiminə də keçə biləcəyik

Rusiya ilə münasibətlərimizin deeskalasiyasını qismən bacardıq və ümid edirəm ki, beynəlxalq partnyorlarımızın vasitəsi ilə dialoq rejiminə də keçə biləcəyik – bu barədə bəyanatı “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili partiyanın bugünki qurultayında verdi.

Onun dəyərləndirməsinə görə, dövlət məqsədlərininə addım-addım nail olma perspektivi yaradılır.

Bidzina İvanişvilinin dediyinə görə, Gürcüstanın xarici istiqamətdə inkişafı gözə dəyəcək dərəcədə irəliləyib.

“Biz artıq, Avropa ailəsinin üzvüyük və bu fakt hüquqi olaraq da, təsdiqlənib.

Avropa ilə azad ticarət və vizasız səyahət rejimi də artıq qüvvəyə mindi.

Strateji partnyorlarımızla da münasibətlərimiz möhkəmləndi” – dedi Bidzina İvanişvili.