Bidzina İvanişvili - Mən Gürcüstana inanıram, onun Avropa perspektivlərinə inanıram, inanıram ki, mütləq abxaz və osetin qardaşlarımızı qaytaracağıq və siyasətə bunun üçün qayıtdım
Bidzina İvanişvili - Mən Gürcüstana inanıram, onun Avropa perspektivlərinə inanıram, inanıram ki, mütləq abxaz və osetin qardaşlarımızı qaytaracağıq və siyasətə bunun üçün qayıtdım

“Gürcüstana verilən səmimi dəstəyə baxmayaraq, demokratiyanın olmadığı şəraitdə, heç bir Avropa ölkəsi bizi bərabər səviyyəli partnyor olaraq, görmürdü” – bu bəyanatı Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili partiyanın beşinci qurultayında verdi.

Onun dəyərləndirməsinə görə, demokratiya olmasa Gürcüstan və Avropa arasındaki məsafə daha da böyüyəcəkdi və bu ölkə heç bir zaman Avropa ailəsinin üzvü ola bilməyəcəkdi.

“Demokratiyayı biz miras olaraq almadıq, nə də kimsədən hədiyyə almadıq. Biz demokratiya üçün zorakılıq edən iqtidarla mübarizə apardıq, qalib gəldik və təsdiq etdik ki, Avropa Gürcüstanın sivil bir seçimidir” – dedi İvanişvili.

İvanişvilinin dediyinə görə, Avropaya qapıyı Gürcüstan üçün məhz “Gürcü Arzusu” açdı.

Demokratiya bizim kompromissiz ideyamızdır və mənim ən başlıca məqsədim, əldə etdiyimiz dəyərlərin qorunmasıdır. Siyasətə də buna görə qayıtdım” – dedi Bidzina İvanişvili.

“Mən Gürcüstana inanıram, onun milli perspektivlərinə inanıram və dəqiq bilirəm ki, abxaz və osetin qardaşlarımızı da mütləq geri qaytaracağıq. Ən başlıca məqsədimiz budur. Bu işi sonuna qədər aparıb yerinə yetirə biləcəyik. Mən buna inanıram və ona görə qayıtdım siyasətə” – dedi İvanişvili.

Partiyanın bugünki qurultayında Bidzina İvanişvili partiyanın sədri seçildi.