Bidzina İvanişvili Gürcüstanın Avropa seçimi haqqında
Bidzina İvanişvili Gürcüstanın Avropa seçimi haqqında

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili, Tbilisidə, Azadlıq meydanında, “Gürcüstanın Avropaya doğru gedən yolu” adlı aksiya iştirakçılarına nitqlə müraciət etdi.

İvanişvilinin dediyinə görə, Gürcüstan hər zaman Avropanın hissəsi idi və bu gün də gürcü millətini Avropaya doğru gedən yol birləşdişdi.

“Bizim vətənimiz – Avropa Mədəniyyəti idi. Gürcüstan Avropaya formal olaraq deyil, artıq rəsmi olaraq, qayıdıb, Avropa ulduzları arasında öz yerini almalıdır” – dedi Bidzina İvanişvili.

“Biz qarşımızda duran bütün problemləri həll edəcəyik, iqtisadiyyatımızı dirçəldəcəyik, əsas dəyərimiz insan hüquqları olacaq və aqressiv opponentlərimiz də görəcəklər ki, onların zorakılıq və yalana əsaslanan siyasətlərinin bu ölkədə perspektivi yoxdur.

İlia Çavçavadzenin də dediyi kimi: Ölkəmizə Avropa təcrübəsi, elm və təhsil lazımdır. Vətənimizin silahı bu olmalıdır.

Ona görə də biz təhsil islahatına böyük resurs və əmək sərf edirik və gələcəyimiz haqqında ambisiyalı bəyanatlar veririk. Əziz vətənimiz Gürcüstan sağolsun! – dedi Bidzina İvanişvili.