"Sülh müharibədən artıqdır" - Azadlıq Meydanında səssiz aksiya keçirildi
"Sülh müharibədən artıqdır" - Azadlıq Meydanında səssiz aksiya keçirildi

“Sülh müharibədən artıqdır” – bu şüar ilə Azadlıq Meydanında səssiz aksiya keçirildi.

Aksiya iştirakçıları Azadlıq Meydanına güllər və şamlar apardılar. Aksiayda xüxusi ilə hazırlanmış qısametrajlı filmin nümayişi oldu. Film Rusiya işğalına aid idi.

Bununla yanaşı, Azadlıq Meydanın “Müharibə hələ başa çatmayıb” adlı fleşmob təşkil edildi. Aksiya iştirakçıları telefon və şamlarla Azadlıq Meydanını işıqlandırdılar və işğal olunmuş Sxinvalidə vəfat edən Arçil Tatunaşvilinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Aksiya gənclər qrupunun təşkilatçılığı ilə sosial şəbəkədə planlaşdırıldı. Eyni şüarla həmrəylik aksiyaları bu gün Gürcüstanın müxtəlif bölgələrində keçirildi.

„მშვიდობა ომზე მეტია! Peace > war!“ – აქცია თავისუფლების მოედანზე

Posted by პირველი არხი on 2018 წლის 4 მარტი, კვირა