Bidzina İvanişvili - Giorgi Kvirikaşviliyə tez-tez deyirdimki, iki bank bütün Gürcüstanı yedi-bitirdi və millət bankın borclarından çıxa bilmir
Bidzina İvanişvili - Giorgi Kvirikaşviliyə tez-tez deyirdimki, iki bank bütün Gürcüstanı yedi-bitirdi və millət bankın borclarından çıxa bilmir

Mənim və sabiq baş nazir Giorgi Kvirikaşvili ilə aramızda aparılan ən ağır söhbətlərdən biri də elə xalqın bank borclarında boğulması idi, – bu bəyanatı “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili Birinci Kanalın efirində, “Maka Tsintsadze ilə aktual mövzu verlişində” verdi.

“Mən ona bu haqda sualı verəndə, o da razılaşdı ki, banklarla bağlı requlyasiyalar çoxdan tətbiq edilməli idi” – dedi Bidzina İvanişvili.

“Gürcü Arzusu” partiyasının sədri qeyd etdi ki, YUNİCEF-in təqdiqatının nəticələri onun üçün çox ağır oldu.

“Tədqiqatın nəticələri mənim üçün çox ağır oldu. Dərk etdim ki, ictimaiyyətin böyük hissəsinin sosiyal vəziyyəti “Gürcü Arzusunun” hakimiyyətə gəlməsindən sonra daha da pisləşdi və bunun səbəbi əsasən, millətin banklara borclu olması idi. Halbuki, mən bunu tez-tez Kvirikaşviliyiə xatırladırdım. Bu mövzu aramızdaki əsas narazılıqlardan biri idi” – dedi Bidzina İvanişvili.