Bidzina İvanişvili ABŞ Səfiri Kelli Deqnana öz biznes-mərkəzində qonaqlıq etdi

Siyasi birləşmə “Gürcü Arzusu – Demokratik Gürcüstan”-ın sədri Bidzina İvanişvili və həyat yoldaşı Ekaterina Xvedelidze, Gürcüstana yeni səfir tətin olunan Keli Deqnan və həyat yoldaşı Duqlas Morisə qonaqlıq etdilər.

“Gürcü Arzusunun” rəsmi “Facebook” səhifəsində qeyd olunur ki, tanışlıq xarakteri daşıyan görüş İvanişvilinin biznes-mərkəzində keçirildi.

Görüşdə gürcü-amerikan münasibətləri, ABŞ və Gürcüstan arasında strateji partnyorluq və gələcək planlar haqqında müzakirə aparıldı.