Beynəlxalq Valyuta Fondu Gürcüstana 42,4 milyon dolar ayırdı
Beynəlxalq Valyuta Fondu Gürcüstana 42,4 milyon dolar ayırdı

Beynəlxalq Valyuta Fondu icraçı direktorlar şurası bu gün üçillik proqramın müzakirəsinin başa çatdırmasını dəstəklədi. Nəticədə, Gürcüstan üçün 30 milyon SDR (təxminən 42,4 milyon dolar) əlyetərli olur.

Cari proqram çərçivəsində ayrılmış məbləğin həcmi 60 milyon SDR-ya çatdı (84.8 milyon dollar).

Cəmi həcmi təxminən 297.5 milyon dollar olan “genişləndirilmiş maliyyələşdirmənin mexanizmlərini”, fondun icraçı direktorlar şurası Gürcüstan üçün aprelin 12-də təsdiq etdi.

Fondda bəyan edirlər ki, Gürcüstanın proqramı plana uyğun olaraq həyata keçirilir.