Sabah Gürcüstana Beynəlxalq Valyuta Fondunun idarəçi direktoru Kristin Laqard gələcək
Sabah Gürcüstana Beynəlxalq Valyuta Fondunun idarəçi direktoru Kristin Laqard gələcək

Mayın 19-20-də Gürcüstana rəsmi səfərlə Beynəlxalq Valyuta Fondunun idarəçi direktoru Kristin Laqard gələcək.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Kristin Laqard mayın 20-də Mamuka Baxtadze ilə görüşəcək.

Görüşdən sonra isə, hökümət administrasiyasında birgə mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində, Beynəlxalq valyuta fondunun direktorunun Gürcüstan prezidenti Salome Zurabişvili və Milli Bankın prezidenti Koba Qvenetadze ilə də planlaşdırılır.

Baş nazirin mətbuat xidmətində qeyd edirlər ki, Kristin Laqardın Gürcüstana səfəri onun təsdiqidir ki, Beynəlxalq Valyuta Fondu Gürcüstan tərəfindən həyata keçirilən islahatları, iqtisadi inkişafını və təhsil və insan kapitalının inkişafını dəstəkləyir.