Beşinci sinifdən yuxarı olan bütün şagirdlər üçün tibbi maska taxmaq icbari olacaq
Beşinci sinifdən yuxarı olan bütün şagirdlər üçün tibbi maska taxmaq icbari olacaq

Beşinci sinifdən yuxarı olan bütün şagirdlər üçün tibbi maska taxmaq icbari olacaq, – bu barədə bəyanatı Gürcüstanın Təhsil Naziri Mixeil Çaxenkeli koordinasiya şurasının iclası başa çatıqdan sonra verdi.

Nazirin dediyinə görə, qeyd olunan qərarı koordinasiya şurası mövcud olan müsbət dinamikayı qorumaq üçün verdi.

Nazir həmçinin bəyan etdi ki, məktəblərdə gərəkən infrastruktur qaydaya salınıb və fevralın 15-dən bütün məktəblər təhsil prosesinə başlamaq üçün hazırdırlar.

“Bugün məktəblərə təfərrüatlı instruksyalar veriləcək və bütün məktəblər valideynlərlə ünsiyyətdə olacaqlar. Mövcud olan epid-vəziyyətin dinamikasını qorumalıyıq. Məktəb hərkəs üçün təhlükəsiz bir yer olmalıdır” – dedi Mixeil Çxenkeli.

Nazirin dediyinə görə, pandemiya dövründə təhsil prosesinin öz təbbi yerində qaytarılması həqiqətən bir nailiyyətdir və bu prosesi qorumalıyıq ki, yenə distansiyalı təhsil formatına qayıdılmasın.