Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyat davam edir
Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyat davam edir

Tbilisidə, Beri Qabriel Salosi küçəsində gecə başlayan xüsusi əməliyyat bu vaxta qədər davam edir.

Beri Qabriel Salosi küçəsinə əlavə qüvvələr və texnika səfərbər edildi. Bu haqqda Birinci Kanalın jurnalistı hadisə yerindən xəbər verirş

Onun məlumatına görə, əlavə qüvvələr və texnika xüsusi əməliyyat yerinə az öncə daxil oldu.

Xüsusi əməliyyat yerinin həndəvər ərazisini polis sarı lent ilə bağlayıb və kimsənin ora daxil olmasına imkan vermir.

Beri Qabriel Salosi küçəsind xüsusi əməliyyatı Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-terror Departamenti həyata keçirir.

DTX-nin məlumatına görə, onlar xüsusi bölmə əməkdaşlarına atəş açdılar.

DTX-də bəyan edirlər ki, xüsusi əməliyyatın keçirildiyi ərazisində yaşayan əhalinin təhlükəsizliyi qorunubdur.