Benyamin Netanyahu - İsrail terroru dəstəkləyən Ərdoğanın “vaiz”ini qəbul etməyəcək
Benyamin Netanyahu - İsrail terroru dəstəkləyən Ərdoğanın “vaiz”ini qəbul etməyəcək

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İsraili “terrorçu dövlət” adlandırdığı bəyanatına görə tənqid edib.

“O, İsraili terror dövləti adlandırır, lakin öz hərəkətləri ilə terror dövləti “HƏMAS”ı dəstəkləyir” – Netanyahu bildirib.

Netanyahunun sözlərinə görə, “Ərdoğan özü ölkəsinin, Türkiyənin kəndlərini bombalayıb, ona görə də ondan “vaiz” qəbul etməyəcək”.

Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti bu gün İsrailin terrorçu dövlət olduğunu və nüvə silahına malik olduğunu bildirib.

“İsrail şəhərin və onun əhalisinin tamamilə məhv edilməsi strategiyasını həyata keçirir. Mən açıq deyirəm, İsrail terrorçu dövlətdir. Netanyahuya səslənirəm, sənin atom bomban var, nüvə bomban var və bununla hədələyirsən, amma nəyə sahib olmağından asılı olmayaraq, sənin axırın yaxındır. Əgər İsrail bu qətliamı davam etdirsə, bütün dünyada lənətlənən terror dövləti olduğu hər yerdə qeydə alınacaq” – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.