Benyamin Netanyahu - "Hizbullah" müharibəyə qarışsa, həyatının səhvini etmiş olacaq
Benyamin Netanyahu - "Hizbullah" müharibəyə qarışsa, həyatının səhvini etmiş olacaq

“Hizbullah” müharibəyə qarışsa, həyatının səhvini etmiş olacaq, – bu barədə İsrailin baş naziri Binyamin Netanyahu deyib.

Onun sözlərinə görə, bu, İsrailin Livanı viran edəcək “ağılasığmaz” miqyasdakı əks hücumuna səbəb olacaq.

Böyük Britaniya, ABŞ və digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınan, İranın dəstəklədiyi “Hizbullah”ın artıq İsrailin şimal sərhədində daha bir döyüş cəbhəsi açacağı ilə bağlı İsrail və ABŞ tərəfindən xəbərdarlıq edilib.