BBC - Gürcüstan Ukraynanın Buça şəhərində baş verən qətliamı qınayır

 

Britaniya mediası Gürcüstan Xarici İşlər Nazirliyinin Kiyev yaxınlığındakı Buça şəhərində dinc əhalinin qətlə yetirilməsini qətiyyətlə qınadığını yazır.

” Nazirlik tvit atıb: “Amansız cinayət səhnələrindən dəhşətə gəlmişik. Bu müharibə cinayətində iştirak edən hər kəs cavab verməlidir” -deyə “BBC” qeyd edir.

Həmçinin medianın yazdığı üzrə, Gürcüstan prezidenti Salome Zurabişvili Buçanın qətliamının insanlığa qarşı cinayət olduğunu bildirib.

“BBC”-nin məlumatına görə, Gürcüstan hökuməti Ukraynaya “ləng” dəstək verdiyinə görə müxalifət tərəfindən tənqid edilir.

Mətbuatın yazdığına görə, Gürcüstan hökuməti dəfələrlə Ukraynaya dəstəyini ifadə etsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib.

Britaniya mediası həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin ötən həftə Gürcüstandan səfiri çağıraraq , belə dediyini qeyd edir : “Böyük hörmətə baxmayaraq, nə silah, nə sanksiya, nə də Rusiya biznesinə məhdudiyyətlər olmayacaq – xahiş edirəm , başqa iş axtarın”.