Batumidə şəhərin əsas yeni il şam ağacının işıqları yandı
Batumidə şəhərin əsas yeni il şam ağacının işıqları yandı

Batumidə Avropa meydanında şəhərin əsas şam ağacının işıqları yandı.

Yeni il işıqlarını uşaqlarla bərabər Batuminin meri Laşa Komaxidze yandırdı.

Meydanda yüzlərcə Batumi sakini və turist yığılıb.

Bugündən etibarən, Batumidə müxtəlif yeni il göstəriləri keçiriləcək.

Yeni il işıqları sadəcə şəhərin mərkəzində deyil, kənar məhəllələrdə də montaj edildi.